İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
2 Dekabr 2025 11:56
2 646
Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-in solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Dünya Mədəniyyət Festivalında “Ulduzların iştirakı ilə təntənəli konsert” də iştirak ediblər. Sənətkarların ifasında “Heyratı” zərb muğamı və kompozisiyası, “Bayatı Şiraz” üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub.
Bunu AZƏRTAC-a açıqlamasında Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri deyib.
Onun sözlərinə görə, məşhur sənətçilərinin də qatıldığı konsert proqramı Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunur.
“Yüksək səviyyədə keçirilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi ilə qarşılanıb. Konsertdə tamaşaçı izdihamı müşahidə olunub. Proqramda, həmçinin Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu da çıxış ediblər”,- deyə L.Azəri əlavə edib.
16 Yanvar 20:36
1 057
16 Yanvar 12:50
1 323
15 Yanvar 12:13
1 757