“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
11:02
399
Bu tədbir hər şeydən əvvəl ən vacib məqamı, yəni sağlamlıq imkanları məhdud olan insanlara, uşaqlara diqqət göstərməyin nə qədər əhəmiyyətli olduğunu xatırladır. Fiziki imkanlarından, sağlamlıq durumundan və ya sosial statusundan asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır. Hər birimiz onu qorumağa, ona dəstək olmağa borcluyuq.
Bu fikirləri AZƏRTAC-a şair Nigar Həsənzadə söyləyib.
Onun sözlərinə görə, bu kimi tədbirlər həssaslıq və gözəlliklə indiyədək bir çoxları üçün qaranlıq qalan bir dünyanın qapılarını açır.
“Biz bu istedadlı uşaqlarla tanış olmalı, onları salamlamalı, onları sevməyi öyrənməliyik. Hələ bu uşaqların daxili nurunu görə bilməyənlərə də onları sevməyə kömək etməliyik. Bu, çox vacibdir”, – deyə o bildirib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün mədəniyyət və incəsənət sahəsində atılmalı addımlardan danışan N. Həsənzadə qeyd edib ki, bu tədbirlər ciddi və sistemli olmalıdır. İlk növbədə onların sosial təminatı çox önəmlidir.
“Bütün mədəni tədbirlər onların iştirakını nəzərə alaraq təşkil olunmalıdır və elə bir mühit yaradılmalıdır ki, sağlamlıq imkanları məhdud olan uşaqlar və böyüklər sərbəst şəkildə gəlsinlər, hərəkət etsinlər, özlərini bərabərhüquqlu iştirakçı kimi hiss etsinlər. Söhbət həm də ən sadə infrastrukturdan, yəni panduslar, rahat hərəkət yolları, xüsusi hərəkət vasitələri və naviqasiya sistemlərindən gedir. Hazırda bu istiqamətdə kifayət qədər ciddi iş görülür və inanmaq istəyirik ki, bu proses o vaxta qədər davam edəcək ki, sağlamlıq imkanları məhdud olan heç bir insan özünü cəmiyyətimizdə məhdudlaşmış və müdafiəsiz hiss etməsinlər”, – deyə şair əlavə edib.
11:02
399
09:23
679
2 Dekabr 16:10
1 386