ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO Mədəniyyət

ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb  - FOTO

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd al-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında olub.

Ziyarət çərçivəsində mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı institusional dəstəyin inkişafına dair ikitərəfli görüş keçirilib.

Görüşdə Fond və ICESCO arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mədəni irsin beynəlxalq platformalarda birgə təbliği istiqamətində mümkün fəaliyyətlər müzakirə olunub. Həmçinin çağdaş qlobal problemlərin mədəni irsə təsirləri, mədəni irsin qorunması üçün effektiv beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mədəniyyət sahəsində humanitar missiyanın aktuallığına dair fikir mübadiləsi aparılıb.

Sonda türk-islam mədəni irsinin beynəlxalq səviyyədə təbliğini və tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO