İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Dekabr 2025 12:25
4 172
Bu gün Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Zemfira xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Çox kiçik dünya"nın incə qəlbli söz adamı”, “Döyüşə qızlar gedir... Zemfira Məhərrəmlinin “Ümid işığı” pyesi əsasında hazırlanmış tamaşa haqqında”, “Yaz təravətli, bahar ətirli - Zemfira Məhərrəmli” kimi məqalələrin tam mətni yer alıb.
Elektron bazada Zemfira Məhərrəmlinin yaradıcılıq nümunələrinin, tərtib və redaktə etdiyi kitabların, elmi məqalələrinin, müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan dövri mətbuat nümunələrinin siyahıları verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunub.
Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
25 Mart 16:21
1 260
23 Mart 22:02
2 653
23 Mart 17:27
2 912