Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil”
Növbəti köç karvanları Xocalının Ballıca və Badara kəndlərinə çatıb - FOTO - YENİLƏNİB
Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub
12:25
448
Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı qısametrajlı film layihəsi Avstriyada keçirilən “Linz Film Talent Academy”nin pitçinq müsabiqəsində qalib gələrək Kann Film Festivalının marketində təqdimat haqqı qazanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.
Bildirilib ki, gənc kino mütəxəssislərini dəstəkləyən “Linz Film Talent Academy” güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino bazarına təqdim etmək məqsədilə yaradılıb. Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunur. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır. Nurlan Həsənlinin “Yaşıl çəmən” layihəsi də Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində qalib gələrək Kann Film Festivalında rezidensiya imkanı əldə edib.
Rezidensiya müddətində layihə üzərində mentorlarla fərdi və qrup sessiyaları keçiriləcək. Sonda film “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində prodüserlərə, distribütorlara və festival nümayəndələrinə təqdim olunacaq, həmçinin xüsusi pitçinq sessiyasında iştirak edəcək.
“Yaşıl çəmən” filmi Amerikaya miqrasiya etməyə çalışan bakılı turist bələdçisinin həyat yoldaşı ilə qurduğu tragikomik plandan bəhs edir. Layihənin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn və Əli İsa Cabbarovdur.
Layihənin istehsalçıları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı da yer alır. Rejissorun proqramda iştirak xərclərini AKİ qarşılayıb.