Prof. Dr.Tarek Aboul Fotouh "Palitra" adlı rəsm sərgisinin açılışında iştirak edib Mədəniyyət

Prof. Dr.Tarek Aboul Fotouh "Palitra" adlı rəsm sərgisinin açılışında iştirak edib

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Aboul Fotouh 9 may tarixində rəssam Turan İlhamın dəvəti ilə Xətai İncəsənət Mərkəzində keçirilən çoxsaylı rəssam və incəsənət nümayəndələrinin iştirak etdiyi "Palitra" adlı rəsm sərgisinin açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Dr. Tarek Aboul Fotouh sərgidə nümayiş olunan bütün rəsm əsərləri ilə tanış olmuş, rəssam xanımların yaradıcılıq bacarığına və əsərlərdəki dərin məna ifadəsinə heyranlığını bildirib.

Rəssamlarla aparılan söhbət zamanı onların rəng seçimi və istifadə olunan materiallar barədə dərin biliyə sahib olduqları aydın olub.

Sonda Mədəniyyət Mərkəzinin direktoru bütün iştirakçı rəssam xanımlara gözəl sənət əsərlərinə görə təşəkkürünü bildirib.