
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Mayın 15-də Lənkəran Dövlət Dram Teatrı rəsmi “https://www.facebook.com/lenkeranteatr/” sosial şəbəkəsindən italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşasını onlayn qaydada təqdim edəcək. İnsanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirən tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şayiələr ucbatından bu malikanəni heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şayiələrə son qoymaq üçün malikanəni təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verir.
Qeyd edək ki, saat 19:00-da nümayiş etdiriləcək “Ruhlar” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrı 2014-cü ilin sentyabrında Şəkidə keçirilən Birinci Beynəlxalq Teatr Festivalında diplomla mükafatlandırılıb.