Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
19 Aprel 2025 18:01
6 608
Türkiyə əhalisinin artım tempi narahatedici səviyyədə azalıb, bu da ölkənin orduya göndərmək üçün gənclərin çatışmazlığı ilə üzləşə biləcəyi deməkdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş bildirib.
“Bu gün narahatedici səviyyədəyik. Doğum əmsalımız 1,51-dir. Əhalinin özünü yeniləmə əmsalı isə 2,1-dir. Hazırda Türkiyə özünü “yeniləyə” bilmir. Biz qocalırıq. Bu, istehsaldan tutmuş məşğulluq və səhiyyəyə qədər bir çox sahəyə təsir edir. Ola bilər ki, gələcəkdə orduya göndərmək üçün gənclər tapa bilməyək”, - nazir bildirib.
Göktaşın sözlərinə görə, Türkiyədə 65 yaşdan yuxarı əhalinin payı 10%-i keçib.
Qeyd edək ki, 2024-cü ilin sonuna olan məlumata əsasən, Türkiyədə 17 yaşadək uşaq və yeniyetmələrin sayı 21,8 milyon nəfər olub ki, bu da ölkə əhalisinin 25,5%-ni təşkil edir.
17 Sentyabr 22:08
672
17 Sentyabr 21:35
1 659
17 Sentyabr 20:47
637