Dünyanın nüvəsindən qızıl sızır Gündəm

Dünyanın nüvəsindən qızıl sızır

Almaniyanın Göttingen Universitetindən alimlərin apardığı yeni araşdırma, Yer kürəsinin nüvəsində böyük miqdarda qızıl və digər qiymətli metalların olduğunu və bu maddələrin mantoya, oradan isə səthə doğru sızdığını ortaya qoyub.

Xalqcebhesi.az xəbər verir ki, tədqiqat çərçivəsində Havay adalarındakı vulkanik süxurlar üzərində aparılan izotop analizləri nəticəsində, bu metalların mənşəyinin Yer kürəsinin nüvəsi olduğuna dair izlər aşkar edilib. Xüsusilə rutenyum-100 izotopunun yüksək miqdarda olması, metalların nüvədən gəldiyini göstərib.

Bu nəticələr, dərin yer qatlarındakı materialların zamanla səthə çıxaraq geoloji proseslərdə necə iştirak etdiyini anlamaq baxımından mühüm elmi dəyər daşıyır.

Məryəm Quliyeva