ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər Dünya

ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər

ABŞ-nin demokrat senatorları Ukraynada "Starlink" peyk rabitə sisteminə tətbiq edilən məhdudiyyətlərlə bağlı "SpaceX" şirkətindən hökumət qurumları ilə aparılan yazışmaları tələb ediblər.

Xalqcebhesi.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, qanunvericilər şirkət rəhbərliyinə məktub göndərərək Ağ Ev və Pentaqonla aparılan yazışmalara çıxışın təmin olunmasını istəyiblər. Senatorlar terminalların işindəki məhdudiyyətlərin "SpaceX"dən kənarda hər hansı bir şəxs tərəfindən sanksiyalaşdırılıb-sanksiyalaşdırılmadığını aydınlaşdırmaq niyyətindədirlər.

Məktub müəlliflərinin bəyanatına əsasən, peyk şəbəkəsindən istifadədə yaranan fasilələr Kiyevin hərbi əməliyyatlarını təhlükə altına atıb. Şirkətdən sorğunun icrası ilə bağlı noyabrın 30-dək hesabat vermək tələb olunub.

Məryəm Quliyeva