Ermənistan seçkiöncəsi gərginlik fonunda Gündəm

Ermənistan seçkiöncəsi gərginlik fonunda

Paşinyan həm kilsə və sabiqlərlə mübarizə aparır, həm də erməni ictimaiyyətini Qarabağ mövzusundan kənar tutmağa çalışır. O ilin sonuna kimi Qarabağ mövzunu tamamilə qapamaq lazım olduğunu bildirib, eyni zamanda, sülh danışıqlarının sənədlərini açıqlayacağını bəyan edib. Bunu ATƏT-in ilin sonunda tamamilə buraxılışındab sonra ediləcəyi gözlənilir və o qeyd edib ki, Qarabağ məsələsinin saxta olduğunu sənədlərlə isbat edəcək.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

Onun sözlərinə görə, görünən odur ki, Paşinyanın əlindəki sənədlərdə ATƏT-in apardığı danışıqlar zamanı müzakirə edilən məsələlərin sadəcə danışıq xatirinə və vaxtı uzatmaq məqsədi daşıdığına dair faktlar vardır:

"Azərbaycanla sülh üçün atılmış addımlar Paşinyanın seçkidə əlinin güclənməsinə səbəb olsa da, Zəngəzur dəhlizinin çəkilməsi məsələsinin gələn ilin dördüncü rübündə, yəni seçkilərdən sonraya saxlanmasının bəyan edilməsi Azərbaycan tərəfindən xoş qarşılanmır. Azərbaycan bunun dərhal başlanmasında maraqlıdır və Ermənistandan bu istiqamətdə fəaliyyətə başlamasını istəyir. Biz bir il də gözləyə bilmərik ki, sonunda hadisələrin hansı istiqamətdə inkişafı bəlli olmayan bir prosesin bitməsini gözləməklə vaxt itirək. Hesab edirik ki, Ermənistanın daxili prosesləri Zəngəzur və ya "TRİİP" marşrutu layihəsinin icrasına mane olmamalı və ya bunu ləngitməməlidir. Bu hal Ermənistan tərəfindən siyasi manevr etməsi halı kimi dəyərləndirilərək Azərbaycanın müvafiq addımlar atması ilə nəticələnə bilər. Hesab edirəm ki, Azərbaycan dövləti Ermənistan və ABŞ-a bu məsələnin dərhal həyata keçirilməsi üçün fəaliyyətlərini artırması üçün xatırlatma etməlidir. Əks halda Azərbaycan ordusunun bu işi görəcəyi qaçılmaz olacağı mesajı verilməlidir".

Cavid