İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Fevral 16:34
2 373
İran hakimiyyəti Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, ölkədə mövcud olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmağa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və İslam Respublikasının Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami bildirib.
“Bu məsələ onların cavab olaraq bütün sanksiyaları ləğv edib-etməyəcəyindən asılıdır”, — deyə Tasnim agentliyi Eslaminin jurnalistin sualına cavabını sitat gətirib.
Vitse-prezident həmçinin qeyd edib ki, Omanda keçirilən danışıqlarda İranın yüksək zənginləşdirilmiş uranının üçüncü ölkələrə çıxarılması məsələsi qaldırılmayıb.
“Danışıqlarda bu məsələ müzakirə olunmayıb”, — deyə o vurğulayıb.
Məryəm Quliyeva
25 Mart 18:25
1 393
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953