22:09
588
“Ermənistan dəmir yollarının kimə verilməsi bu ölkənin daxili işidir.”
Bunu politoloq Zeynal Əmrəli xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, dəmiryolu xəttinin uzun illər Rusiyanın nəzarətində olması Ermənistanın suverenliyi baxımından ciddi problemlər yaradıb:“Dəmir yolu bir dövlət üçün strateji nəqliyyat sahəsidir. Buradan strateji yüklər daşınır və belə bir sahənin xarici ölkənin nəzarətində olması istər-istəməz təhlükəsizlik və suverenlik riskləri yaradırdı. Ermənistanda da məhz bu səbəbdən Rusiya faktoruna qarşı ciddi narazılıqlar mövcud idi”.
Z.Əmrəli vurğulayıb ki, son dövrlərdə Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə inteqrasiya siyasəti aparır: “Nikol Paşinyan hakimiyyətinin əsas xətti Qərb institutlarına yaxınlaşmaqdır. Bu istiqamətdə Ermənistan həm üçtərəfli layihələr çərçivəsində, həm də fərdi qaydada ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirir.
Ermənistanın dəmir yolu infrastrukturu köhnəlib və əsasən sovet dövründən qalma xətlərdən ibarətdir.Cənubi Qafqazda beynəlxalq standartlara cavab verən dəmir yolu infrastrukturu əsasən **
Azərbaycandadır. Ermənistan və Gürcüstanda isə ciddi yenilənməyə ehtiyac var. Bu isə Ermənistan üçün böyük maliyyə yükü deməkdir”.
Zeynal Əmrəlinin fikrincə, məhz bu səbəbdən Ermənistan dəmir yolu sahəsinin bərpasını Qərb şirkətləri vasitəsilə həyata keçirməkdə maraqlıdır: “Bu addım həm yükdaşımaların səmərəliliyini artıracaq, həm də regional və beynəlxalq logistika layihələri üçün mühüm əhəmiyyət daşıyacaq”.
Günel Elxan
21:52
574
18:14
1 337
18:11
1 330