Çin rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq strukturları yaradacaq Dünya

Çin rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq strukturları yaradacaq

Çin rəqəmsal texnologiyalar, məlumatların sərhədlərarası hərəkəti və təmiz energetika sahələrində əməkdaşlıq strukturları yaradacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu iqtisadiyyatları liderlərinin plenar iclasında bəyan edib.

"Asiya-Sakit okean regionunda innovativ və yaşıl artıma töhfə vermək üçün rəqəmsal texnologiyalar, məlumatların sərhədlərarası hərəkəti və təmiz energetika kimi sahələrdə əməkdaşlıq strukturları yaradacağıq", – deyə o bildirib.

Məryəm Quliyeva