Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
6 Aprel 21:30
2 562
“Konkret sübutlar ortaya qoyulmadan Ukrayna-nı hər hansı hadisədə ittiham etmək doğru deyil”.
Bunu politoloq Zeynal Əmrəliyev xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibə şəraitində olsa da, öz ərazisini müdafiə edən və beynəlxalq hüquq çərçivəsində hərəkət edən dövlətdir: “Bu cür iddiaların irəli sürülməsi nə məntiqi, nə də siyasi baxımdan əsaslı görünür. Sübutsuz ittihamlar beynəlxalq münasibətlərdə gərginliyi artıra və təhlükəli presedentlər yarada bilər.
Belə yanaşmalar gələcəkdə daha geniş miqyaslı anlaşılmazlıqlara səbəb ola bilər. Əgər hər bir iddia təsdiqlənmədən qəbul edilsə, bu, qlobal səviyyədə ciddi qarışıqlıq yaradar. Hadisələrdə üçüncü qüvvələrin rolunun olması ehtimalı da nəzərdən keçirilməlidir və məqsədin diqqəti başqa istiqamətə yönəltmək ola biləcəyi istisna deyil. Bütün hallarda məsələ yalnız konkret və əsaslandırılmış sübutlar əsasında qiymətləndirilməlidir və səbəblər diqqətlə araşdırılmalıdır”.
Günel Elxan
17:36
1 435
16:28
1 197
16:25
1 260