17:11
665
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika və İran nümayəndə heyətləri İslamabadda problemli mövzuların əksəriyyəti üzrə razılığa gəlsələr də, nüvə məsələsi həll olunmamış qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" hesabında yazıb.
"Görüş yaxşı keçdi, məsələlərin əksəriyyəti razılaşdırıldı, lakin yeganə həqiqətən vacib məqam — nüvə məsələsi həllini tapmadı", — deyib.
Tramp əlavə edib ki, danışıqlar təxminən 20 saat davam edib və əldə olunmuş razılaşmalar "hərbi əməliyyatın davam etməsindən daha yaxşıdır". Lakin prezidentin sözlərinə görə, İranın nüvə ambisiyaları səbəbindən bu nəticələrin əhəmiyyəti yoxdur.
Məryəm Quliyeva