Tehran ABŞ-nin İrana qarşı sanksiyalarının fəsadları barədə xəbərdarlıq edib Gündəm

Tehran ABŞ-nin İrana qarşı sanksiyalarının fəsadları barədə xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş İrana qarşı yeni sanksiyalar yalnız iranlıların nifrətini artıracaq, həmçinin dünyadakı bütün ölkələrin iqtisadiyyatına və suverenliyinə zərbə vuracaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

​"Sözdə "iqtisadi D-Günü" (müttəfiqlərin 1944-cü ildə Normandiyaya desant çıxarması gününə işarə) Amerikanın öz daxili böhranından — görünməmiş dövlət borcundan və faiz xərclərinin sürətlə artmasından diqqəti yayındırmaq cəhdidir. İflasa uğramış siyasəti təkrarlamaq yalnız yeni məğlubiyyətlərə və iranlıların düşmənçiliyinə gətirib çıxaracaq", — deyə o, cümə axşamı "X" sosial şəbəkəsində yazıb.

​Əraqçinin sözlərinə görə, "ABŞ-nin iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və bütün dünya ölkələrinin suverenliyini təhdid edir".

Məryəm Quliyeva