12:23
322
Şimali Koreya (KXDR) cümə axşamı günü, ilkin ehtimala görə, ballistik raket buraxılışı həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinin əldə etdiyi Yaponiya Sahil Mühafizəsinin məlumatında bildirilir.
Yaponiya Sahil Mühafizəsi bölgədə olan gəmilərə çağırış edərək raket qalıqları aşkar edildiyi təqdirdə onlara yaxınlaşmamağı və dərhal Yaponiya hakimiyyət orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.
Məryəm Quliyeva