11:08
476![]()
Fransanın Baş naziri Sebastyen Lekornyu iğtişaşlarla mübarizə məqsədilə ölkənin bəzi kommunalarında komendant saatının tətbiqi təcrübəsini uğurlu hesab edib və bu praktikanı davam etdirmək niyyətində olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumət başçısı "X" sosial şəbəkəsində yazıb.
"Komendant saatının nöqtəvi tətbiqi bu gecə sakitliyin bərpa olunmasına töhfə verdi. Bu axşam vəziyyətin tələb etdiyi yerlərdə növbəti komendant saatının elan edilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Bu qərarlar yerlərdə merlərlə əməkdaşlıq şəraitində prefektlər tərəfindən veriləcək", - deyə o, bildirib.
Məryəm Quliyeva