08:57
238
“SpaceX” şirkətinin qurucusu İlon Mask “Nvidia”nın baş direktoru Censen Huanqın vəzifəsindən ayrılmasının şirkət üçün ciddi nəticələr doğura biləcəyini bildirib.
Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Huanqın şirkətin təchizat zəncirinin qurulmasında mühüm rolu olub və bir sıra strateji razılaşmalar məhz onun şəxsi münasibətləri əsasında əldə edilib.
“Censen Nvidia-da təchizat zəncirini mükəmməl şəkildə qurub. Lakin bir çox sövdələşmələr yazılı müqavilələrlə deyil, Censenlə əl sıxmaqla təsdiqlənib. Censen olmadan bu kritik əhəmiyyətli razılaşmalardan ən azı bəziləri pozulacaq”, – Mask yazıb.
O hesab edir ki, Huanqın mümkün gedişi şirkətin əsas tərəfdaşlarla əməkdaşlığına mənfi təsir göstərə bilər.