Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib Siyasət

Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib

Xarici işlər nazirinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün İslamabada səfər edib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Elnur Məmmədov İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən qarşılanıb.