Qarabağda arıçılıqla məşğul olmaq istəyənlərin sayı çoxdur - Assosiasiya sədri İqtisadiyyat

Qarabağda arıçılıqla məşğul olmaq istəyənlərin sayı çoxdur - Assosiasiya sədri

Qarabağda arıçılıqla məşğul olmaq istəyən şəxslərin sayı çoxdur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

B.Həsrətovun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə arıçılıq təsərrüfatı ilə məşğul olmaq istəyən şəxslərin qeydiyyatı aparılır:

"Bu günə qədər Kəlbəcər və Qubadlı yaylaqlarına arı ailələri köçürülüb. Bundan sonra da arı ailələrinin işğaldan azad edilmiş torpaqlara köçürülmə prosesi davam edəcək. Orada arıçılıqla məşğul olmaq istəyənlər mütləq şəkildə Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı portaldan keçməlidirlər. Bunun üçün də müəyyən şərtlər var. Belə ki, işğaldan azad edilmiş torpaqlarda arıçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin arı ailəsi 40-dan çox olmalıdır. Bütün bunlar Qarabağda arıçılığın inkişafına müsbət təsir edəcək. Bu il həmin yerlərdə məhsuldarlığın bol olacağı gözlənilir", - deyə B.Həsrətov bildirib.