“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
5 May 2022 17:24
5 215
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barrel həcmində olması nəzərdə tutulur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.
18 Sentyabr 10:02
994
18 Sentyabr 10:01
1 050
18 Sentyabr 08:39
1 036