23 May 2022 14:41
5 271
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunun panel iclasında iştirak edib.
Nazir bu barədə “Twitter“ hesabında yazıb.
O bildirib ki, Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışılıb.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”, - nazir əlavə edib.
12:11
497
12:10
483
11:40
553