"AzerGold” sədri: Söyüdlü və Ortakənd yataqları üzrə 1,28 mln. unsiya qızıl hasil ediləcək
Zakir İbrahimov: Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat töhfə verib
Səudiyyə Ərəbistanının HHM sistemləri husilərin 6 raketini vurub
7 İyul 2022 15:22
6 748
Ləğv olunmuş neft-qaz quyularının mühafizə məsafələrində dəqiqləşdirmə aparılıb.
Bununla bağlı Nazirlər Kabinetinin 259 №-li Qərarına dair izahda deyilir ki, istismarda olan və ləğv olunmuş neft-qaz quyularının mühafizə məsafələri onların təhlükəliliyi baxımından fərqli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” normativ sənədində ümumi olaraq bütün quyular üçün minimum məsafə eyni göstərilmişdir. Bakı və Abşeron yarımadasında kifayət qədər ləğv olunmuş neft quyuları vardır ki, bu da həmin ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır.
Qərarın qəbulu ləğv olunmuş quyular da daxil olmaqla nefqazçıxarma sənayesi obyektlərinin mövcud olduğu ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı, o cümlədən tikilmiş obyektlərlə bağlı mübahisəli məsələlərin yaranmasının qarşısının alınmasında və həllində çox böyük təsir göstərəcək, həmçinin insanların təhlükəsizliyi nəzərə alınmaqla sözügedən ərazilərdə torpaqların səmərəli istifadəsinə şərait yaradacaqdır.
16:48
259
16:46
280
16:45
266