“Rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq” İqtisadiyyat

“Rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq”

“2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyon 168 min manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, əlavə edib ki, dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq.

Əli