“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
15 Mart 2023 17:18
4 816
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin yanvarında 54,8 mln. barel artaraq, 2021-ci ilin iyulunda qeydə alınan maksimumadək yüksəlib.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neft məhsullarının kommersiya ehtiyatları yanvar ayının yekunlarına görə 2,851 mlrd. təşkil edib, bu da 2021-ci ilin iyul ayından ən yüksək göstərici olub. Lakin bu, son beşillik ortalama göstəricidən 25,5 mln. barel, 2017-2021-cu illərin ortalama səviyyəsindən isə 110,1 mln. barel azdır.
Belə ki, ötən ilin noyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1,344 mlrd. barel, neft məhsullarının həcmi isə 1,424 mlrd. barel təşkil edib.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.
20 Dekabr 11:22
1 477
19 Dekabr 17:47
1 638
19 Dekabr 17:37
1 827