“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
15 May 2023 10:56
3 073
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
“APA-Economics” xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Qəbələ rayonu “Siləyli” qum-çınqıl, “Salyan rayonu “Babazənən-I” gil, İsmayıllı rayonu “Maçaxi” qum-çınqıl və hər biri 2 lot üzrə Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl, İsmayıllı rayonu “Bilistan” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə, hərracda 5 yataq üzrə 7 lot təqdim olunacaq.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.
Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
20 Dekabr 11:22
2 009
19 Dekabr 17:47
1 960
19 Dekabr 17:37
2 163