SOCAR və "Uzbekneftqaz" ticarət üzrə birgə müəssisə yaradacaq İqtisadiyyat

SOCAR və "Uzbekneftqaz" ticarət üzrə birgə müəssisə yaradacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Uzbeknefteqaz” arasında ticarət üzrə birgə müəssisənin yaradılması haqqında protokol imzalanıb.

Trend-in məlumatına görə, sənədi mayın 31-dən iyunun 3-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Uzbeknefteqaz”ın İdarə Heyətinin sədri Bahodir Siddikov imzalayıblar.

Danışıqlar zamanı tərəflər birgə layihələrin həyata keçirilməsinin hazırkı vəziyyətini, eləcə də əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. O cümlədən, neft və qazın birgə kəşfiyyatı və hasilatı, müxtəlif sahələrdə daimi təcrübə mübadiləsi və işçilərin ixtisasının artırılması imkanları nəzərdən keçirilib. SOCAR mütəxəssislərinin neft-qaz sənayesində yüksək ixtisaslı olması nəzərə alınaraq, Azərbaycan tərəfi “Özbəkneftqaz” MMC-nin qazma və seysmik işlərinə nəzarətdə iştirak etməyə dəvət olunub.
Bu ilin əvvəlində “Uzbeknefteqaz”ın idarə heyətinin sədri Bahodir Siddikov Trend-ə bildirib ki, birgə müəssisənin yaradılması iki şirkət arasında əməkdaşlığı prinsipcə yeni səviyyəyə qaldıracaq.

"Biz "SOCAR Trading"in çox uğurlu təcrübəsi haqqında məlumatlıyıq. İnanıram ki, yaxın gələcəkdə belə ciddi mərhələlərin şahidi olacağıq", - o əlavə edib.