Gənc sahibkarlara Gəncədə sertifikatlar təqdim edilib İqtisadiyyat

Gənc sahibkarlara Gəncədə sertifikatlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarlar Klubu İctimai Birliyinin (GSK) "Gənc sahibkarlar üçün yay məktəbi" adlı maarifləndirici layihəsi çərçivəsində Gəncə şəhərində gənc sahibkar və sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün təlim kursları yekunlaşıb. GSK-in İctimai əlaqələr və informasiya departamentinin məlumatına görə, təlimin son günündə iştirakçılara sertifikatlar təqdim edilib. Sertifikatları GSK sədri Salman Umudov, Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi və ekspert Zaur Quliyev təqdim edib.
Təqdimat mərasimində çıxış edən GSK sədri S. Umudov bu əhəmiyyətli, maarifləndirici layihənin gənclərimizə müsbət təsirindən danışıb və onun dəstəklənməsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və digər köməklik və yardıma görə Gəncə şəhəri İcra Hakimiyyətinə və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirib.