Valyuta ehtiyatlarımız borcumuzu 4,4 dəfə üstələyib İqtisadiyyat

Valyuta ehtiyatlarımız borcumuzu 4,4 dəfə üstələyib

Bu ilin 6 ayında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı "Pul siyasəti" icmalında bildirilib.
Belə ki, 2016-cı ilin 6 ayının sonuna strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dolları təşkil edərək 32 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,4 dəfə üstələyib.