Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli 175,6 milyon manat təşkil edir
Husilər Səudiyyə Ərəbistanının zərbə dronunu vurduqlarını açıqlayıblar
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib
11 Oktyabr 2024 16:59
4 466
“Bakı Gəmiqayırma Zavodu” MMC işğaldan azad edilmiş ərazilərdə yerləşən “BAFCO İnvest” MMC istehsalı olan 1360 ədəd xüsusi təhlükəsizlik ayaqqabısı sifariş edib.
AZƏRTAC xəbər verir ki, aşınmaya davamlı olan bu ayaqqabılar zavodun işçi qüvvəsini istehsal prosesi zamanı potensial təhlükələrdən qoruyacaq, əməyin təhlükəsizliyinə və yerli istehsala öz töhfəsini verəcək.
Təhlükəsizlik ayaqqabıları Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin fabrikində istehsal olunur. 2024-cü ilin sentyabr ayında dövlətimizin başçısının iştirakı ilə açılışı olan müəssisədə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir.
16:35
133
16:33
147
15:59
364