“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
17 Dekabr 2024 15:50
3 311
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37 557,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0,8% çoxdur.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 34 669,5 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0,9% çoxdur.
Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 26 510,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 35 115,9 mlrd. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 3,9% azalıb, əmtəəlik qaz hasilatı isə 5,9% artıb”, - məlumatda qeyd olunur.
Məlumatda o da qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 26 570,7 min ton neft (4,1% azalma) və 46 033 mln. kubmetr qaz (4,1% artım) hasil edilib.
11:22
1 050
19 Dekabr 17:47
1 435
19 Dekabr 17:37
1 610