İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
22 Yanvar 2025 13:16
2 996
Son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib. Belə ki, həm biznes, həm ipoteka, həm də pərakəndə kreditlərin faiz dərəcələrinin 2024-cü ildə 2018-ci illə müqayisədə dəyişmədiyini müşahidə edirik.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb. Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır.
“Yəni keçən ilin sonlarında faizin cüzi artması kreditləşməyə tələbi azaltmayıb” - deyə Taleh Kazımov əlavə edib.
19 Mart 17:53
4 515
19 Mart 16:15
2 807
19 Mart 13:47
3 024