4 Fevral 2025 11:30
3 290
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Bu barədə "APA-Economics"ə Fonddan bildirilib.
Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.
ADİ ipoteka kreditləri üzrə:
06.02.2025-ci il tarixində saat 10:00-dan.
GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:
07.02.2025-ci il tarixində saat 10:00-danetibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az)üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.
Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.
19 Mart 17:53
4 095
19 Mart 16:15
2 338
19 Mart 13:47
2 485