2 Sentyabr 23:52
08:47
294
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranın neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmaq imkanı demək olar ki, yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri sentyabrın 2-də Ağ Evdə çıxışı zamanı bildirib.
"Biz hazırda Hörmüz boğazına nəzarət edirik, oradan hər gün və hər gecə çoxlu gəmi keçir. Neftlə yüklənmiş çoxlu sayda gəmi. Həddindən artıq cəsarətli və tələsik danışmaq istəməzdim, lakin hələlik onlar buna mane olmaq üçün praktiki olaraq heç nə edə bilməyiblər", — deyə Tramp İran barədə əlavə edib. — "Və biz vəziyyətin bu cür qalmasına çalışacağıq".
Tramp həmçinin İranın iqtisadi iflasa yaxın olduğunu iddia edib. "Onların işləri heç də yaxşı getmir, buna görə də bu, sadəcə zaman məsələsidir", — deyə o qeyd edib.
Məryəm Quliyeva
08:24
371
2 Sentyabr 23:52
777
2 Sentyabr 23:50
784