“Bu addım səhiyyə sahəsində çatışmazlıqları azaldacaq”
3 Sentyabr 18:52
3 Sentyabr 18:52
3 Sentyabr 17:23
3 Sentyabr 15:05
3 Sentyabr 08:21
791
ABŞ-nin İranla hərbi qarşıdurmada qarşısına qoyduğu məqsədlərə çata bilməməsi (İranı nüvə çalşmaları ilə bağlı rəsmi mövqeyindən çəkindirmək, onun proiksi qüvvələrə dəstəyinin qarşısını almaq, rəsmi Vaşinqtonun Yaxın Şərqdə yeni dünya nizamı ilə bağlı geosiyasi məzmunlu layihəsi ilə razılaşmaq və s) onu İranla mübarizəni yenidən iqtisadi müstəvi üzərinə daşımaq məcburuyyəti qarşısında qoymuşdur.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Nanafov deyib.
O, qeyd edib ki, İranla müharibənin uzanması və bununla bağlı maliyyə məsrəflərinin proqnozlaşdırılanlardan kəskin şəkildə fərqlənməsi Tramp administrasiyasını belə bir qərar qəbul etmək zərurəti qarşısında qoymuşdur.
İrana qarşı əvvələlər də tətbiq edilən maliyyə iqtisadi sanksiyalarından fərqli olaraq ABŞ bu dəfə İranın gəmiqayırma, aviasiya, qızıl hasilatı və banklarını hədəfə almağı qət edib. Ağ evə görə məhz bu sahələrdən əldə edilən gəlirlər rəsmi Tehrana müharibə xərclərini ödəməyə kömək edir:
"Tŕamp İrana qarşı mübarizəni yeni ideoloji çağırış ətrafında aparmağa qərar verib. O "Böyuk 20-lər"in sentyabrın 1-də baş tutacaq növbəti forumunda müttəfiqlərinə "bizimlə deyilsinizsə, deməli, iranlılarla bir cərgədə qərar tutmusunuz" çağırışı ilə müraciət edəcəyinə qərar verib.Trampı belə bir qərarı dəstəkləməyə sövq etmiş ABŞ-nin maliyyə naziri Skot Bessentə görə tətbiq ediləcək iqtisadi-maliyyə məngənəsi İran iqtisadiyyatını mənfəət gətirən sahələrdən məhrum etməklə, rəsmi Tehranı danışıqlar masası arxasına keçməyə sövq edə bilər.
Ancaq İrana qarşı son 45 ildə tətbiq edilən sanksiyaların gözlənilən nəticələr vermədiyi bəllidir. İqtisadi sanksiyalar İranda inflyasiyanın artması, İran pulunun alıcılıq qabiliyyətinin aşağı düşməsi, sosial sferda gərginliyin artmasına səbəb olsa da, Qərbin gözləntilərindən fərqli olaraq bu ölkədə sosial və etnik zəmində güclü etiraz aksiyalarına səbəb olmamış, hakimiyyətin legetimliyi ilə bağlı hər hansı müzakirələr doğurmamışdır.
Üstəlik, əvvəlki dövrlərlə müqayisədə İrana regional və qlobal səviyyədə geosiyasi dəstək kifayət qədər yüksəlmişdir".
Cavid