2 Sentyabr 23:52
09:02
350
ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsinin dekabrın 11-dək uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sentyabrın 2-də Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda dəqiqləşdirildiyi kimi, Amerika liderinin imzaladığı sənəd "2026-cı il dekabrın 11-dək federal idarələrə təxsisatların ayrılmasını" təmin edir. Birləşmiş Ştatlarda maliyyə ilinin başa çatmasından (30 sentyabr) sonra hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin hazırkı səviyyədə saxlanılmasını nəzərdə tutan müvafiq qanun layihəsi daha əvvəl Konqresin hər iki palatası tərəfindən bəyənilmişdi.
"Associated Press" agentliyinin qeyd etdiyi kimi, bu tədbirlər noyabrda Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində və seçkilər zamanı federal hökumətin fəaliyyətinin ehtimal olunan dayandırılmasının (şatdaun) qarşısını almağa yönəlib. Son bir il ərzində ABŞ-nin federal hökuməti iki dəfə maliyyələşmənin kəsilməsi ilə bağlı misilsiz dərəcədə uzun müddətli dövrlərlə üzləşib.
Məryəm Quliyeva