2 Sentyabr 23:52
2 Sentyabr 23:45
08:32
238
“Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Sonrakı illərdə Hindistan, Pakistan, İran və Belarusun qoşulması ilə təşkilatın tamhüquqlu üzvlərinin sayı 10-a çatıb. Hazırda ŞƏT-in əsas prioritetləri terrorizm, separatizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli cinayətkarlıqla mübarizə, eləcə də ticarət, enerji, nəqliyyat dəhlizləri, rəqəmsallaşma, ekologiya və humanitar əməkdaşlığın genişləndirilməsidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, Qırğızıstanın sədrliyi dövründə bu istiqamətlər “ŞƏT-in 25 ili: dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında birləşdirilib: “ŞƏT-in rəsmi məlumatında da təhlükəsizlik, iqtisadiyyat, rəqəmsallaşma, ekologiya və davamlı inkişaf əsas prioritetlər kimi göstərilir. Bişkek sammitinin əsas siyasi sənədi ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi oldu. Ümumilikdə 28 sənəd qəbul edilib; bunların sırasında ŞƏT-in Təhdid və Çağırışlara Qarşı Universal Mərkəzinin və Antinarkotik Mərkəzinin icra strukturunun fəaliyyətini tənzimləyən sənədlər, nüvə təhlükəsizliyi üzrə çoxtərəfli tərəfdaşlıq bəyanatı və Lahorun 2026–2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi barədə qərar var”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, sammitin yekun sənədləri göstərir ki, təşkilat artıq yalnız siyasi dialoq platforması deyil, konkret təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmləri yaratmağa çalışır: “2016-cı ildən ŞƏT-lə dialoq tərəfdaşı kimi əməkdaşlıq edən və 2025-ci ildən “ŞƏT tərəfdaşı” statusu daşıyan Azərbaycan üçün bu platforma Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin təşviqi, Asiya bazarlarına çıxış və çoxvektorlu xarici siyasətin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.
Röya İsrafilova
2 Sentyabr 23:12
805
2 Sentyabr 14:35
987
2 Sentyabr 14:34
1 008