22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
8 Oktyabr 2019 14:30
7 406
Növbəti ildən Pekindən başqa, Çinin daha bir şəhərindən də Bakıya uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlib.
Onun sözlərinə görə, yalnız bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib.
F.Zenqstşmid hesab edir ki, bu say yaxın gələcəkdə dəfələrlə artacaq.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkəti çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.
Bununla bağlı razılıq Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje ilə görüşündə əldə olunub.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.
Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açaraq bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə göstərir.
22 Dekabr 18:01
1 162
22 Dekabr 17:54
1 127
22 Dekabr 16:44
1 057