Vergi yığımı çoxalıb İqtisadiyyat

Vergi yığımı çoxalıb

Tərlan

2014-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4,845 milyard manat təşkil edib. Bu məbləğin 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 769 milyon 16,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.
Hesabat dövründə respublika üzrə 54285 vergi ödəyicisi qeydiyyata alınmış, 1 sentyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 585584-ə çatmışdır.
2014-cü ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8% faiz təşkil edib.