Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbinin məhkəməsinin vaxtı məlum oldu
FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında sərbəst güləş üzrə birincilik keçirildi
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi
İşğaldan azad edilən ərazilərdə layihələrə 1 milyard 761 milyon manat xərclənib
1 May 2020 17:35
4 333
2020-ci ilin aprelində Azərbaycanda banklararası pul bazarında illik faiz iki dəfə artıb. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən ay illik faiz 4 faizdən 8 faizədək qalxıb.
Bundan başqa, E.Rüstəmov deyib ki, Azərbaycanda istehlak kreditləşməsinin azaldılması hesabına biznes kreditlərin payı artır və bu ölkənin müəyyən iqtisadi sektorlarında, ticarət, turizm və digər sahələrdə azalma fonunda müsbət proqnozlar verməyə imkan yaradır. Bununla əlaqədar olaraq, uçot dərəcəsinin yuxarı həddinin bir faiz azalması kreditlərin ucuzlaşması hesabına kreditləşmənin inkişafına təkan verəcək.
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib. O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib, aşağı həddi is 6,75 faiz səviyyəsində saxlanılıb. Qeyd olunub ki, Azərbaycan hökumətinin və Mərkəzi Bankın birgə fəaliyyəti nəticəsində xarici şoklar fonunda valyuta bazaırnda tarazlıq təmin olunur. İlin əvvəlindən əhəmiyyətli dəyişikliklər baş verməyib, illik inflyasiya 2-4 faiz hədəf diapazonunda qalaraq 3,3 faizə bərabər olub.