“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
Putin: Rusiya Tramp administrasiyası ilə dialoqda müşahidə olunan irəliləyişi alqışlayır
Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb
18 May 2020 16:53
3 136
Ailələr ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etdikdə onların evlərinin maddi-məişət şəraitinin müayinəsi artıq həm də Dövlət Məşğulluq Xidmətinin yerli nümayəndələri ilə birlikdə keçiriləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Bu məsələnin “Ünvanlı dövlət sosial yardım haqqında” qanuna dəyişikliklərin edilməsi məqsədilə hazırlanan təkliflər layihəsində öz əksini tapdığını deyən B.Hüseynov qeyd edib ki, təklif edilən dəyişikliyə əsasən, artıq ünvanlı sosial yardım özünüməşğulluq proqramı ilə vəhdət təşkil edərək ona inteqrasiya olunacaq: “Ailələr sosial yardım üçün müraciət etdikdə onların evlərinin maddi-məişət şəraitinin müayinəsi zamanı vətəndaşın özünəməşğulluğa cəlb edilmə imkanları da qiymətləndiriləcək. Əgər ailənin hər hansı üzvünün belə bir imkanı olarsa, ona təklif ediləcək ki, ünvanlı sisial yardımla bərabər özünəməşğulluq proqramına cəlb edilsin. Belə şəxslər layiqli əməklə məşğul olmaqla gəlirlərini artıra biləcəklər”.
15:42
350
15:16
532
12:32
784