“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
10 Mart 2021 10:18
1 806
Azərbaycan-Gürcüstan-Rumıniya (AGRİ) layihəsi üzərində işlər hazırda dondurulub.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.
Xatırladaq ki, 2010-cu ilin sentyabr ayının 24-də Azərbaycan, Rumıniya, Gürcüstan prezidentləri və Macarıstanın baş naziri tərəfindən AGRİ layihəsinə dair Bəyannamə imzalanıb.
Nazirlikdən bildirilib ki, layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilməsi, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılıb:
"Layihənin iştirakçıları SOCAR, Gürcüstanın Neft və Qaz Korporasiyası, Macarıstanın MVM şirkəti və Rumıniyanın Romgaz şirkətidir. İştirakçıların hər birinin payı 25% təşkil edir.
Hazırda layihə üzərində işlər dondurulub.”
18 Sentyabr 10:02
994
18 Sentyabr 10:01
1 050
18 Sentyabr 08:39
1 036