Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
29 Mart 2021 14:26
2 142
Ötən il Türkiyədə istehsal edilən ümumi elektrik enerjisinin 12%-i külək və günəşdən əldə edilib.
"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın "Ember" analitik mərkəzinin hesabatında deyilir.
Qeyd olunur ki, qlobal olaraq bu göstərici 9,4% təşkil edir.
Ötən il Türkiyədə elektrik enerjisinə olan tələbat illik ifadədə 0,6% artaraq 301,5 teravatt-saata çatıb. 2020-ci ildə ölkənin ümumi elektrik enerjisinin istehsalı 302 teravatt-saat təşkil edib.
Hesabat dövründə Türkiyədə istehsal olunan ümumi elektrik enerjisinin 43%-i bərpa olunan enerji mənbələrindən, 57%-i digər mənbələrdən, əsasən kömür və təbii qazdan əldə edilib.
Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi baxımından Türkiyə G20 ölkələri arasında ABŞ, Fransa və Braziliya kimi ölkələri qabaqlayaraq beşinci yerdə qərarlaşıb.
Keçən il Türkiyədə istehsal olunan elektrik enerjisi 2019-cu illə müqayisədə 15% (5 teravat-saat) artıb. Külək və günəş enerjisinin ümumi gücü 2 min meqavat-saat artaraq 16 min meqavat-saata qədər artıb.
Bərpa olunan enerji mənbələri arasında hələ də istehsalın ən böyük payı su elektrik stansiyaların payına düşür. 2015-ci ildən bəri Türkiyənin elektrik enerjisi istehsalında hidroelektrik enerjisinin payı 26% təşkil edir. Ölkədə elektrik istehsalında kömürün payı isə 34% olub.
17 Sentyabr 10:56
1 057
17 Sentyabr 09:13
917
17 Sentyabr 09:10
938