16 İyun 2021 10:45
4 389
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 75,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.
11 Aprel 11:15
1 680
11 Aprel 10:11
1 890
11 Aprel 10:08
1 855