FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
17 İyun 2022 15:45
4 508
Azərbaycanın regionda rolu enerji ehtiyatlarının tədarükü baxımından həlledici əhəmiyyət daşıyır.
Bunu Trend-ə ABŞ-ın Türkmənistandakı sabiq səfiri Alan Mastard “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumu zamanı deyib.
"Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçməsi, SOCAR-ın günəş və küklək enerjisi layihələrininin təşviqini elan etməsi zamanla qazıntı yanacağına tələbatın azalacağını göstərir", - deyə o bildirib.
Onun sözlərinə görə, növbəti 20-30 il ərzində bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına keçiddə Azərbaycan həlledici əhəmiyyət daşıyacaq.
"Azərbaycan Avropa üçün Cənub Qaz Dəhlizi ilə Xəzər regionundan enerji ehtiyatları tədarükü mənbəyidir", - A.Mastard deyib.
Keçmiş səfir əlavə edib ki, Azərbaycan və Türkmənistanın birgə enerji layihələrində daha sıx əməkdaşlıq üçün potensialı var.
"Biz istərdik ki, Türkmənistan qazı təkcə Çin və Rusiyaya deyil, həm də Avropa bazarlarına daxil olsun", - o deyib.
15:09
308
14:49
413
14:38
420
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA