“Ermənilər çalışırlar ki, danışıqlarda əsas məsələ kənarda qalsın” Siyasət

“Ermənilər çalışırlar ki, danışıqlarda əsas məsələ kənarda qalsın”

Elman Nəsirov: "Diqqət yalnız atəşkəs rejiminin qorunub saxlanılması məsələsinə yönəlsin"

Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulması Serj Sarkisyanın daxili siyasətinin bir hissəsidir. Bunu politoloq Elman Nəsirov deyib. "Ermənistanın cəbhə xəttində intensiv şəkildə atəşkəs rejimini pozması hakimiyyətinin təsdiq edilmiş ənənəvi üsuludur"- deyən E.Nəsirovun sözlərinə görə, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş tendensiyasını sezdikləri anda atəşkəs rejimini kəskin şəkildə pozmağa başlayırlar.
O, qeyd edib ki, ermənilər çalışırlar ki, danışıqlarda əsas məsələ kənarda qalsın.
"Diqqət yalnız atəşkəs rejiminin qorunub saxlanılması məsələsinə yönəlsin. Bu yaxınlarda həmsədrlərin yaydığı bəyanatlara əsasən sentyabr ayında BMT Baş Məclisinin toplanması gözlənilir.
Onlar burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasını təklif etmək istəyirlər. Əgər bu görüş doğurdan da baş tutsa, Ermənistanı narahat edən bir çox məsələ ortaya çıxacaq.
Onlar həmin görüşün baş tutmasını istəmir, atəşkəsi tez-tez pozmaqla məsələni arxa plana salmaq istəyirlər"- deyə, politoloq daha sonra qeyd edib.