"Azərbaycanda 1918-ci il sərhədlərinin bərpası istiqamətində addımlar atmalıdır" Siyasət

"Azərbaycanda 1918-ci il sərhədlərinin bərpası istiqamətində addımlar atmalıdır"

Ermənistanın Brüsssel danışıqlarından yayınması və əldə olunan razılaşmaları yerinə yetirməməsi, xüsusilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə hərbiçi göndərməsi takitiki hesablamasıdır. Baş nazir N. Paşinyanın Minsk qrupunun dirçəldilməsi istiqamətində verdiyi açıqlamalar, ABŞ və Avropa İttifaqının rəsmilərinin etnik ermənilər və Minsk qrupu barədə açıqlamaları göstərir ki, burada Azərbaycana müəyyən təzyiq siyasəti var.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib

Onun sözlərinə görə, Ermənistanın bu taktiki siyasəti müsbət effekt verməyəcək. Azərbaycan Minsk qrupunda maraqlı deyilsə, artıq bu format bitib:

"Qarabağda 20 min erməniyə nə status, onlara yaşadığı rayon üzrə rəhbər vəzifə verilməsinin heç bir hüququ əsası yoxdur. Azərbaycan qəti şəkildə Qarabağda kiçik bir etnik qrupa status verə bilməz. Bunu dəflərlə prezident İlham Əliyev də qeyd edib. Müharibədən sonra Minsk qrupu və status deyənlər bir müddətdən sonra reallıqlarla tam barışmaq məcburiyyətində olacaq.

Qeyd edim ki, Laçin dəhlizində alternativ yol istifadəyə verildikdən sonra Azərbaycan Qarabağdakı separatizmə son verə bilər. Bu yolun istifadə qaydaları tənzimlənməli və bununla separatizmi burada məhv etmək lazımdır. Azərbaycan yüksək standartlara uyğun olaraq yeni yol çəkir və rahat bir yoldan Ermənistan Azərbaycan ərazilərinə silah və hərbiçi göndərilməsinə icazə vermək olmaz. Belə çıxır ki, öz əlimizlə ölkə daxilində erməni separtizminin silahlanmasına şərait yarada bilərik. Ona görə də bu problem tam həll edilməlidir. Rusiya sülhmərlı qüvvələrinin tam nızarətinə yeni yolu vermək olmaz. Rusiyanın əsas marağı Azərbaycana təzyiq etmək və burada erməniləri silahlandırmaqdır. Belə olan təqdirdə niyə Rusiyaya şəriat yartamalıyıq".

Ümumiyyətlə, bu gün sülh Azərbaycana deyil, Ermənistana lazımdır. Azərbaycan bu böhran fonunda Qarabağda silahlı ermənilərə qarşı hərbi təzyiq, həmçinin Zəngəzur istiqamətində irəlləməlidir: "Çünki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımır. Azərbaycanda 1918-ci il sərhədlərinin bərpası istiqamətində addımlar atmalıdır. Əgər, Azərbaycan tərəfi bu addımlara atacaqsa, Ermənistan rəhbərliyi sülh müqaviləsinə imza atacaq" .
Cavid