“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
5 Avqust 2022 09:39
4 242
Səfirlik ərazisinə qanunsuz daxil olmaq, silahlı basqın beynəlxalq hüququn vəhşicəsinə tapdanması deməkdir. Avqustun 4-də radikal dini qrupun üzvlərinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu bizim suveren ərazimizə qanunsuz soxulmadır.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.
Onun sözlərinə görə, əslində həmin qanunsuz olaraq səfirliyin binasına daxil olmaq cəhdləri, Azərbaycan bayrağının endirilməsi kəskin şəkildə cavablandırılmalıydı: "Bu məsələdə mülayim davranış qəbul olunan hal deyil.
Bu gün məni təəccübləndirən odur ki, islam dini adı altında görün, hansı hadisələr baş verir. Ümumiyyətlə, dünyanın bəzi məkrli qüvvələri, ölkələrin xüsusi xidmət orqanları bir çox cahil, nadan müsəlman dinin daşıyıcılarından peşəkarcasına istifadə edərək islam dinini gözdən salmağa çalışırlar. Bir çox hallarda həmin məkrli qüvvələr buna çox yaxşı nail olurlar. İslami dəyərləri gözdən salmaq istəyənlərin çox ciddi hədəfləri var.
Bütün hallarda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum aktı pislənməli və bu cinayət prosesində günahı olan kəslər cəzalanmalıdır. Məkrli planların sifarişçiləri isə ifşa olunmalıdır .
Cavid
13 Dekabr 17:17
1 246
13 Dekabr 12:09
1 540
12 Dekabr 17:54
2 884